Xəbər lenti

Türkiyədə seçkilərin nəticələri: Qaliblər kim oldu? (YENİLƏNİB)
Dünya 08:25 01.04.2024

Türkiyədə seçkilərin nəticələri: Qaliblər kim oldu? (YENİLƏNİB)

Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, umumi seçki qutularının 99.81 faizi açılıb.

İlkin nəticələrə əsasən, ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) 37.74% ilə liderdir.
 
Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35.49% ilə 2-ci, Yenidən Rifah Partiyası 6.19% ilə 3-cü yerdədir.

DEM Partiya 5.67%, Milliyətçi Hərakat Partiyası (MHP) 4.98%, İYİ Partiya 3.77%, Zəfər Partiyası 1.72%, Səadət Partiyası 1.09% səs toplayıb. Digər partiyalar bir faizi aşa bilməyib.

Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 73.38% səviyyədə olub.

Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 51.08% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan sandıklara əsasən hələlik seçicilərin 39.59%-nin səsini qazana bilib.

Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 60.35% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 31.69% toplaya bilib.

CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 48.90% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37.07% ilə ikinci sıradadır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->