Xəbər lenti

Türkiyə siyasətində böyük barışıq: Ərdoğan 18 il sonra CHP ofisinə niyə getdi?
Dünya 17:41 12.06.2024

Türkiyə siyasətində böyük barışıq: Ərdoğan 18 il sonra CHP ofisinə niyə getdi?

"Bu görüşdə məqsəd keçid dövrünün dinc olmasına nail olmaqdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş Qərargahını ziyarət etməsini şərh edərkən deyib.
 


Mehman Əliyev bildirib ki, Ərdoğan real vəziyyəti dərk edir və başa düşür ki, real müxalifətlə dialoqa getmək, əlaqə qurmaq lazımdır:

"İndiki şəraitdə Ərdoğan üçün vacibdir ki, keçid dövrünün ağrısız keçməsini təmin etsin. Yəni hakimiyyət dəyişikliyi Türkiyədə hansısa bir təhlükələrə gətirib çıxarmasın, daxili və xarici məsələlərdə siyasi idarəetmə sabit şəkildə davam etsin. Görüşlərin məğzində əsasən məhz bu amil dayanır. Ərdoğan ağıllı siyasətçi kimi bütün bunları  normal və sivil şəkildə təmin etmək istəyir. Çünki ən əsas hədəf Türkiyənin maraqlarıdır".

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 ildən sonra CHP Baş Qərargahını ziyarət edib. Baş Qərargaha gələn prezidenti Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel qapıda qarşılayıb.
 
Onu da vurğulayaq ki, bundan öncə, mayın 2-də CHP sədri hakim Ədalət və İnkkşaf Partiyasının (AKP) Baş Qərargahında Ərdoğanla görüşüb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->