Xəbər lenti

Türkiyə ordusunun 2 generalı sığınacaq istədi
Dünya 19:30 18.05.2017

Türkiyə ordusunun 2 generalı sığınacaq istədi

15 iyun çevriliş cəhdinə adı qarışan 2 general, 2 zabit və əsgərlərdən birinin həyat yoldaşının keçən gecə Frankfurt Beynəlxalq Hava Limanında Almaniyaya sığınacaq üçün müraciət etdikləri bildirilir. 

"Qaynarinfo" türk mətbuatına istinadən xəbər verir ki, Federal Polis tərəfindən verilən açıqlamada 1-i qadın olmaqla, qaçaq 5 türk vətəndaşının əsgər olub-olmadıqlarına dair hər hansı bir məlumat verilməyib. Alman mətbuatının yaydığı xəbərlərdə isə qaçaqlardan ikisinin general rütbəsində olduqları, qadının isə onlardan birinin həyat yoldaşı olması bildirilir.

Frankfurt Hava Limanından alınan məlumata görə, sözügedən qaçaqlar Türkiyə ordusunun 6 ən yüksək vəzifəli zabitindən ikisidir və Frankfurta Yunanıstandan gəliblər. Türk generallarının müraciəti dəyərləndirilənə qədər Frankfurta təxmini 80 kilometr məsafədə yerləşən Giessen şəhərində qaçqın düşərgəsinə göndərilməsinin nəzərdə tutulduğu öyrənilmişdi. Amma məlumatlar yayıldığından qaçqınların yerləşdirilməsi planında dəyişiklik edilib.

Almaniya bu hadisəyə qədər də çevriliş cəhdində şübhəli bilinən bir neçə əsgərə sığınacaq vermişdi. Bu isə Türkiyə tərəfindən sərt qarşılanıb. 

Nərmin Həsənli

Qaynarinfo.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->