Bakıda 7 ildir ana ola bilməyən qadın üçəm dünyaya gətirib.
"Qaynarinfo" Qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də, nəhayət, 7 il sonra o, bu ali sevinci yaşayıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib.
Əzizə Haqverdiyeva hisslərini belə bölüşüb: "Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”.
Qaynarinfo.Az
Şərhlər