Xəbər lenti

Trampa görə 35 milyard dollar itirdilər
Dünya 20:38 18.05.2017

Trampa görə 35 milyard dollar itirdilər

Dünyanın ən varlı 500 şəxsi bu həftə Amerikada yaşanan siyasi böhrana görə 35 milyard dollar itirib.

"Qaynarinfo" "Bloomberg"ə istinadən xəbər verir ki, "Facebook"un yaradıcısı Mark Zükerberq 2, "Microsoft"un sahibi Bil Qeyts 1, "Amazon"un rəhbəri Cef Bozes isə 1,7 milyard dollar itirib.

Qeyd edək ki, dünən Trampın keçmiş Federal Təhlükəsizlik Bürosu rəhbəri Ceyms Komeyə prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinlə bağlı göndərdiyi mesaj barədə məlumatın yayılması böyük səs-küyə səbəb olmuşdu. Mesajda Tramp Komeyə bildirir ki, Maykl Flinlə bağlı araşdırmanı dayandırsın. Maykl Flin fevral ayında Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşmüş və bundan sonra vəzifədən kənarlaşdırılaraq haqqında istintaq prosesi başladılmışdı.

Gülşən

Qaynarinfo.AZ

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->