Oktyabr ayında Azərbaycanın avtomobil bazarında yenidən qiymət artımı qeydə alınıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, elektriklə işləyən və hibrid avtomobillərinin qiymətlərində artımlar qeydə alınmaqdadır.
Xüsusən Çindən idxal edilən elektrik avtomobillərinin qiymətində artım müşahidə olunub. Bu həmin avtomobillərə tələbin yüksəlməsi ilə bağlıdır. Həmin avtomobillərin qiyməti 5.8 faiz yüksəlib.
Eyni zamanda, Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə tələbin yenidən artması müşahidə olunub və həmin avtomobillərin qiyməti 2.3 faiz yüksəlib.
Şərhlər