Kanada baş naziri Castin Trüdo Putinin müharibə cinayətlərinə görə məsuliyyət daşıdığını deyib.
Qaynarinfo "Aljazeera" saytına istinadla xəbər verir ki, bu barədə o Kiyevdə Volodimir Zelenski ilə görüşdə
deyib.
Kanada baş naziri Kiyevə gəlib və burada Ukraynaya yeni silah tədarükü və Rusiyaya qarşı yeni sanksiyalar barədə açıqlama edib.
"Bu gün mən minalardan təmizləmə üçün yeni maliyyə daxil, Ukraynaya əlavə hərbi yardım elan edirəm. Bunlar Dron kameraları, peyk şəkilləri, kiçik silahlar, silah-sursat və digər dəstəkdir",- Trüdo deyib.
O, həmçinin Kanadanın Rusiyaya qarşı yeni sanksiyalarından da danışıb.
"Bu gün müdafiə sektorundakı oliqarxlar və rejimin yaxın adamları olmaqla Putinin müharibəsinə şərik olan 40 fərdi şəxs və 5 quruma qarşı yeni sanksiyalar tətbiq edirik", - o deyib.
Kanada həmçinin ərzaq təhlükəsizliyini qorumaq məqsədilə BMT dünya ərzaq proqramına 25 milyon dollar vəsait ayıracaq. Bu maliyyə həm də Ukraynanın Kanadaya gələn ilki ixracının ticarət tariflərinin siləcək.
Trüdo Kiyev ətrafını ziyarət edib və İrpen şəhərinə gəlib. O, Rusiyanın qeyri-qanuni qəddar müharibəsinə şahidlik etdiyini bildirib və buna görə cavabdehlik daşımalı olduğunu deyib.
"Aydındır ki, Vladimir Putin çirkin müharibə cinayətlərin görə məsuliyyət daşırır",- Türdo deyib.
Qeyd edək ki, Kanada səfirliyi Kiyevdə öz işini bərpa etməyə başlayır.
Nurlan
Şərhlər