Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsi "Qalatasaray"ın futbolçusu Mauro İkardi ilə bağlı qərarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, PFDK argentinalı ulduzu 1 oyunluq cəzalandırıb.
İkardi bu axşam keçiriləcək "Antalyaspor" matçında meydanda olmayacaq, həftə sonu oynanılacaq "Beşiktaş" derbisində oynaya biləcək.
TFF-dən verilən açıqlamada "Qalatasaray"ın futbolçusu Mauro İkardi Super Liqada "Ankaragücü" ilə matçda rəqib komandanın azarkeşlərini təhqir etdiyi üçün idarə heyətinin 1 oyunluq cəza və 19 min 500 lirə cərimə kəsdiyi bildirilib.
Şərhlər