Xəbər lenti

Texnologiya 10:28 31.05.2022

"TechnoCad" komandasından maraqlı layihə (FOTO/VİDEO)

Bakıda keçirilən dörd günlük "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı uğurla başa çatıb.

Bu festivalda təqdim edilən maraqlı layihələrdən biri də "TechnoCad" komandasına məxsus "Smart Trashbin" layihəsidir. "TechnoCad" müsabiqəyə qatılan 141 komanda arasında final mərhələsinə keçən 25 komandadan biridir. 

Komanda insanların həm işini asanlaşdıracaq, həm də gigiyenik baxımdan qeyri-adi zibil qutularının layihəsini hazırlayıb.  


Komandanın kapitanı Mehdi Musayevin verdiyi məlumata görə, zibil qutusunun iş prinsipi belədir: Əlimizi 4 sm-dək yaxınlaşdırdıqda servomotor hərəkətə gələrək qutunun qapağını açır. Bu qutuların istifadəsi gigiyenanı təmin etməklə yanaşı, ayaqdan əlil insanların qutunu asanlıqla açmasını da təmin edəcək. 

Komanda bu layihənin tükənməyən enerji mənbəyi olan günəş panelləri ilə işləyən versiyasını da hazırlamağı planlaşdırır və qutuların işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunacağına ümid edirlər. 

Qeyd edək ki, "TechnoCad" komandasının kapitanı, hazırda 20 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi olan Mehdi ötən il respublika üzrə riyaziyyat olimpiadasında 3-cü yeri tutub. O, həmçinin "Nə? Harada? Nə zaman?" müsabiqəsində ilk üçlüyə daxil olub, eləcə də şahmat üzrə 3-cü dərəcəyə sahibdir. Kiçik yaşlarından texnikaya maraq göstərən Mehdi hazırda "STEP IT Academy"nin tələbəsidir. Komanda "Sabahın alimləri" müsabiqəsi üçün "Elektromaqnit generatoru" proyektini hazırlayıb. 

Qeyd edək ki, Mehdi Musayev bu yay keçiriləcək "Gələcəyin mühəndisləri" müsabiqəsində də qalib olmaq üçün çalışır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->