Məşhur italiyalı keçmiş futbolçu Andrea Pirlo məşqçisi olduğu "Karagümrük"dən ayrılıb.
Qaynarinfo-nun məlumatına görə, Superliqa təmsilçisi italyan məşqçi ilə yolları ayırıb. Bu barədə İstanbul klubu rəsmi şəkildə elan verib. Açıqlamada gələn ildən Pirlonun komanda ilə birlikdə olmayacağı vurğulanıb.
2022-ci ilin yayında İstanbul təmsilçisi ilə müqavilə imzalayan keçmiş futbolçu "Karagümrük"ü ümumilikdə 34 matçda meydana çıxarıb.
"Karagümrük" Pirlonun rəhbərliyi altında 11 qələbə qazanıb, 11 heç-heçə və 12 məğlubiyyətlə üzləşib.
Səbuhi Həsənov
Şərhlər