Su ehtiyatlarının dəqiq uçotunun aparılması məqsədilə əsas suvarma kanallarında müasir tipli 150 suölçmə qurğusunun quraşdırılması işlərinə başlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov bildirib.
Z.Mikayılov qeyd edib ki, suvarma suyundan səmərəli istifadə edilməsi üçün ASC mütəxəssisləri və istismar idarələrinin nümayəndələri tərəfindən yerli Dövlət Aqrar İnkişaf mərkəzləri, icra hakimiyyəti orqanları və bələdiyyələrlə birlikdə mütəmadi olaraq suvarma qrafikləri üzrə növbəliyə riayət olunması ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsi işləri həyata keçirilib.
O cümlədən su ehtiyatlarının dəqiq uçotunun aparılması məqsədilə əsas suvarma kanallarında müasir tipli 18 suölçmə qurğuları quraşdırılıb. Hazırda bu tipli daha 150 qurğunun quraşdırılması işlərinə başlanılıb.
Şərhlər