Xəbər lenti

Səfirlərdən Azərbaycana Müstəqillik Günü təbriki (FOTO/VİDEO)
Siyasət 12:21 28.05.2023

Səfirlərdən Azərbaycana Müstəqillik Günü təbriki (FOTO/VİDEO)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Qaynarinfo xəvər verir ki, səfir bu barədə "Twitter"də paylaşım edib.

"Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, deyə təbrikdə bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi də Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib.

"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Azərbaycanlı qardaşlarımızın qürur və coşğusunu ürəkdən paylaşırıq!”, deyə təbrikdə bildirilir.



İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib:

"Müstəqillik Günün mübarək, Azərbaycan! Bu gün biz Azərbaycanın müstəqilliyə və tərəqqiyə doğru gedən yoluna işıq salan sarsılmaz ruhu qeyd edirik. Bayrağınız yüksəklərdə dalğalansın, mədəniyyətiniz çiçəklənsin, xalqınız həmrəylik və uğurun rəngləri ilə parlasın. Müstəqillik Gününüz mübarək!".



Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. O, bununla bağlı "Facebook"da paylaşım edib:

"Dost Azərbaycanı Müstəqillik Günü münasibəti ilə təbrik edirəm! Məhz bu gün, düz 105 il əvvəl müstəqil Azərbaycan Demokratik Respublikası elan olunmuşdur.

Bu hadisə Azərbaycan xalqının tarixində ölkənin birliyinə, eləcə də müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasına işarə edən ən parlaq səhifələrdən biridir.

Azərbaycan Demokratik Respublikası o dövrün bir çox qabaqcıl təcrübəsinin əsasını qoymuş, bəzi ölkələrlə, o cümlədən Ukrayna ilə diplomatik əlaqələr qurmuşdur.

Müasir Azərbaycan öz əcdadlarının uğurlarını dəfələrlə artırmış, apardığı uğurlu daxili və xarici siyasət sayəsində beynəlxalq aləmdə öz mövqelərini inkişaf etdirir və möhkəmləndirir.

Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram!".



Ukrayna Xarici İşlər Nazirliyi də Müstəqillik Gününü unutmayıb.

"Azərbaycanı və bu ölkənin Xarici İşlər Nazirliyini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstək həmişə bizim prioritetimiz olacaqdır. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq!”, deyə ölkənin xarici siyasət idarəsinin "Twitter"də səhifəsində paylaşım edilib.

Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edib. Səfirin bu barədə videomüraciəti "Twitter” hesabında paylaşılıb:

"Əziz azərbaycanlılar! 28 May Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini əldə edib və Şərqdə ilk dünyəvi demokratik respublikanı qurub. Bu respublikanın dəyərləri bizim bu gün də yaşadacağımız dəyərlərdir. Azadlıq, ictimai-siyasi həyatda qadınların rolu, insan haqları və söz azadlığı, 70 illik əsarətdən sonra müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi əbədi olsun! Bir kərə yüksələn bayraq bir daha enməz! Bütün Azərbaycan xalqını müstəqillik günü münasibəti ilə təbrik edirəm".

Fransanın Azərbaycandakı səfiri Anne Boillon "Twitter”də paylaşım edərək, Azərbaycan xalqını 28 may Müstəqillik Günü münasibəti ilə təbrik edib:

"Biz güclü tərəfdaşlığa davam edəcəyik".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edib: 

"Müstəqillik Günün mübarək, Azərbaycan! Bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm! Sülh və firavanlıq arzulayırıq!".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->