"Samsung" işçiləri "Apple"dan plagiatlıq etdi, prezident cəzalandırdı (FOTO/VİDEO)
"Samsung Electronics" şirkətinin prezidenti Li Çje Yon "Apple"ın dizaynını "Galaxy Watch Ultra" smartwatch və "Galaxy Buds 3" simsiz qulaqlıqlarında kopyaladığına görə onun şirkətinin mobil bölməsini tənqid edib.
Qayanrinfo xəbər verir ki, Li "Samsung"un mobil bölməsinə "Apple" dizayn elementlərinin yeni məhsullarda kopyalanması ittihamlarından sonra planlarına yenidən baxmağı əmr edib. Xüsusilə, "AirPods" və "AirPods Pro" simsiz qulaqlıqları, həmçinin "Apple Watch Ultra" smart saatı ilə paralelliklər qeyd olunub.
Bundan əlavə, mobil bölmənin bəzi əməkdaşlarına, o cümlədən "Samsung" mobil bölməsinin rəhbəri Tae Mun Roya qarşı "şəxsi tədbirlər" görüldüyü iddia edilir. Mənbənin sözlərinə görə, "Samsung" mobil bölməsi daxilində ciddi gərginlik yaşanıb. Şirkət mənbəsi bildirib ki, Li "Apple" məhsullarının plagiat olması iddialarından sonra şəxsən müdaxilə edib və "Buds 3" simsiz qulaqlıqları və "Galaxy Watch 7" smart saatlarında keyfiyyət problemlərini araşdırıb.
Seulun Hongdae rayonundakı "Samsung" mağazasında yeni məhsulların elanından sonra keçirilən mətbuat konfransında jurnalistlər şirkətin yeni məhsullarının "Apple" məhsulları ilə oxşarlığını qeyd ediblər. Xüsusilə, onlar yeni "Galaxy Buds 3” və "Galaxy Buds 3 Pro” simsiz qulaqlıqlarının ayaqlarına, eləcə də "AirPods” qulaqlıqlarında istifadə olunanlara oxşar jestlərin dəstəklənməsinə diqqət çəkiblər.
Jurnalistlər "Galaxy Watch Ultra” smart saatının dizaynında və narıncı rəngində "Apple Watch Ultra" ilə oxşarlıqları qeyd ediblər. Hətta qatı "Samsung" pərəstişkarları belə şirkətin öz dizaynlarından imtina edərək, "Samsung" məhsullarının fərdiliyini itirdiyinə inanaraq "Apple"ı təqlid etməsindən məyus olduqlarını bildiriblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər