Bir müddət öncə fəaliyyəti dayandırılan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan tərcümə işləri ilə məşğuldur.
Bu barədə Qaynarinfo-ya özü məlumat verib. Sabiq sədr gününün çox hissəsini kitabxanalarda keçirdiyini vurğulayıb:
"Günümün boş keçməsini istəmirəm, kitabxanalarda oluram, tərcümələr edirəm”.
Əvəz Temirxan növbədənkənar parlament seçkisi keçirilərsə, seçkiyə qatılacağını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Liberal Partiyası iyunun 24-də fəaliyyətinə son verməsi ilə bağlı bəyanat yayıb.
Bahar Rüstəmli
Şərhlər