"Əl Nəssr"ın prezidenti Musalli Əl-Muammar istefa verib.
Qaynarinfo-nun məlumatına görə, komanda gözlənilən uğuru qazana bilmədiyi üçün prezident postunu tərk etmək qərarına gəlib. Səudiyyə qəzetində yer alan xəbərdə portuqaliyalı superulduzun transferində mühüm rol oynayan Əl-Muammar komandanın liqa yarışında geri qalması və "Kral Kuboku"nun yarımfinalında məğlub olmasının ardından istefa məktubunu ölkənin İdman Nazirliyinə təqdim edib.
Bildirilib ki, Əl-Muammarın bu qərarından sonra klubdakı hazırkı idarə heyəti buraxılacaq. Yeni idarə heyəti və prezidentin mövsümün sonuna qədər vəzifəsinin icrasına başlaya biləcəyi bildirilib.
Əl-Müəmmarın Ronaldo ilə bağlı dediyi, "Həyatımda iki dəfə aldadılmışam, ilk dəfə üç kabab istəyəndə mənə cəmi iki kabab verdilər, ikinci dəfə Ronaldo ilə müqavilə bağlayanda" - sözlərini klubun mətbuat müşaviri Valid Əl-Muhaydib təkzib edib. O belə bir açıqlama verilmədiyini bildirib.
"Əl-Nəssr" Ronaldo ilə 2,5 illik müqavilə üçün 500 milyon avro xərcləyib.
Səbuhi Həsənov
Şərhlər