Kriştiano Ronaldonun çıxış etdiyi "Al-Nassr” Asiya Çempionlar Liqasının 1/4 finalında "Al-Ayn”a məğlub olaraq turnirlə vidalaşıb.
Qaynarinfo-nun məlumatına görə, portuqaliyalı superulduzun oyun zamanı istifadə edə bilmədiyi qol vəziyyəti bütün dünyada müzakirələr doğurdu. Qarşılaşma normal vaxtda "Al-Nassr”ın 3:2 hesablı üstünlüyü ilə başa çatıb və əlavə vaxta ehtiyac yaranıb. Bu zaman qarşılıqlı qollar vurulub və matç penaltilər seriyasına gedib.
Burada rəqibi üzərində 3:1 hesablı qələb qazanan "Al-Ayn”, "Al-Nassr”ı mübarizədən kənarlaşdıraraq, Asiya Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Digər tərəfdən 61-ci dəqiqədə hesab 2:2 olarkən Ronaldonun qapıçıdan qayıdan topu qapıya göndərə bilmədiyi qol böyük təsir bağışlayıb.
Səbuhi Həsənov
Şərhlər