Xəbər lenti

İdman 11:00 03.09.2022

"Real"ın və Braziliya tarixinin ən yaxşılarından biri "Qarabağ"a görə Bakıya gəlir

Avroliqada "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" transfer bombasını "partladıb".

Qaynarinfo xəbər verir ki, yunan klubu "Real"ın tarixinin və Braziliya millisinin ən yaxşı oyunçularından olan Marselonu transfer edib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. 

34 yaşlı müdafiəçi 2006-cı ildən "Real"ın formasını geyinirdi. 16 il ərzində İspan klubunun heyətində 546 oyunda forma geyinən Marselo 38 qol vurub. Müdafiəçi klub tarixinin ən yaxşılarından olmaqla yanaşı, həm də ən çox kubok qazanan (26) futbolçusudur. Marselo "Real"ın heyətində 5 dəfə Çempionlar Liqasının, 6 dəfə La Liqa çempionluğu, 4 dəfə Klublararası Dünya Çempionatının, 3 dəfə Avropa Superkuboku, 2 dəfə İspaniya Superkuboku, 5 dəfə ölkə kubokunun qalibi olub.

O, Braziliya millisinin heyətində meydana çıxdığı 58 oyunda 6 qol vurub. Həmçinin yığmanın heyətində 2 dəfə dünya çempionatında (2014, 2018) iştirak edib, 2013-cü ildə Konfederasiyalar Kubokunu qazanıb. "Marselo" "Real"a gəlməzdən əvvəl "Fluminense"də forma geyinib.

"Qarabağ” qrup mərhələsində "Frayburq” (Almaniya), "Olimpiakos” (Yunanıstan) və "Nant”la (Fransa) mübarizə aparacaq. Ağdam klubunun yunanlarla oyunları oktyabrın 6-da səfərdə, 13-də isə Bakıda olacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->