"Bu gün Azərbaycan müxalifətinin vahid lideri yoxdur. Bu mövzu artıq bitib. Vahid liderə ehtiyac belə yoxdur. Müxalifət düşərgəsində fərqli dünya görüşünə mənsub insanlar cəmləşib. Buna baxmayaraq, hesab edirəm ki, Müsavat Partiyasının canlanması gələcəkdə Azərbaycan müxalifətinin güclənməsinə gətirib çıxarda bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli İsa Qəmbərin yenidən Müsavat başqanlığa qayatmasını şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, İsa Qəmbərin Müsavat başqanlığına qayıtması onun qərarından və qurultay nümayəndələrinin verdiyi səsdən asılıdır:
"İsa bəyin başqanlığa qayıdışı müsbət haldır, lakin bu qərarı partiya üzvləri verməlidirlər. Bu məsələ ancaq qurultay nümayəndələrinin qərarı ilə həll olunur. Hesab edirəm ki, Müsavat üzvlərinin müstəsna səlahiyyətinə biz müdaxilə edə bilmərik. Amma prinsip etibarı ilə hesab edirəm ki, İsa Qəmbər Azərbaycan siyasətində kifayyət qədər tanınmış, nüfuzli bir siyasətçidir. Müsavat Partiyasının başqanı olanda da, ondan sonrakı dövrdə də nüfuzunu qoruyub. Hər halda onun başqanlığa qayıtması Müsavat Partiyasının yenidən güclənməsinə və fəallaşmasına gətirəcək".
Qulamhüseyn Əlibəyli bu gün siyasi arenda mühütün başqa olduğunu qeyd edib:
"Partiyalar daha çox virtual qaydada fəaliyyət göstərir. Hesab edirəm ki, İsa bəyin qayıtması vaxtı ilə Müsavat Partiyasından inciyən, küsən, uzaqlaşan şəxslərin yenidən qayıtmasına və fəaliyyətlərinin genişlənməsinə gətirəcək. Bundan əlavə müxalifət taktikasında müəyyən dəyişikliklər də baş verə bilər. Eyni zamanda bu seçililərlə əqalənin yenidən güclənməsinə gətirəcək”.
Qulamhüseyn Əlibəyli hesab edir ki, İsa Qəmbərin aktiv siyasətə qayıdışı müxalifət üçün faydalı ola bilər.
Bahar Rüstəmli
Şərhlər