Xəbər lenti

İdman 12:26 15.08.2024

"Qarabağ" 1,5 milyon qiyməti olan qapıçını transfer etdi (RƏSMİ)

"Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi "Stal Mielets”lə razılıq əldə olunub.

Klubla 24 yaşlı polşalı qolkiper arasında "3+1" illik müqavilə imzalanıb. O, "Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından "Stal Mielets”in şərəfini qoruyub. O, bunadək "Legionoviya Legionovo”, "Radomyak Radom” və "Legiya"da (Varşava) forma geyinib.

Qeyd edək ki, Mateuş Koxalski bu ilin iyununda Polşanın əsas millisinin AVRO-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.

Onu da qeyd edək ki, "Trfansfermark" Koxalskiyə 1,5 milyon avro qiymət qoyub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->