Bir neçə gün əvvəl Supeliqa təmsilçisi "Karagümrük"lə yolları ayıran Andrea Pirlo yenidən yaşıl meydanlara qayıdıb.
Qaynarinfo xəbər verir ki, Pirlonun "Barselona"nın keçmiş futbolçusu Xerard Pikenin təşkil etdiyi "Krallar Liqası"nda iştirak edən komandalardan "Xixantes"lə anlaşdığı bildirilib. Bu barədə klubun sosial şəbəkələrdəki səhifəsi vasitəsilə elan verilib. Təcrübəli futbolçunun hətta yeni klubunda 14 nömrəli futbolkanı geyincəyi də müəyyənləşib.
Sonuncu dəfə peşəkar futbolçu kimi MLS komandalarınndan "Nyu-York Siti”nin formasını geyinən 44 yaşlı əfsanə 2018-ci ilin yanvarında karyerasını bitirib. Pirlo futbolçu karyerası ərzində bir dəfə dünya çempionatının, iki dəfə Çempionlar Liqasının, iki dəfə A Seriyasının, iki dəfə UEFA Superkubokunun, iki dəfə İtaliya Kubokunun, üç dəfə İtaliya Super Kubokunun qalibi olub.
Pirlo daha əvvəl "Krallar Liqası"nda Ronaldinyo, (Çiçarito) Hernandez, Serxio Aquero, Raul Tamudo, Xoan Kapdevilya kimi dünya ulduzları ilə birlikdə oynayıb.
Səbuhi Həsənov
Şərhlər