Xəbər lenti

Partiya sədri:
Siyasət 12:36 17.08.2023

Partiya sədri: "Həkimlər icazə vermir..."

"Müasir Müsavat Partiyasının Ədliyyə Nazirliyində reystrə düşüb-düşməməsi ilə bağlı məlumatsızam”.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədri Hafiz Hacıyev deyib.  

Sədr səhhətində yaranan problem səbəbindən Ankarada müalicədə olduğunu bildirib: 

"Sözün düzü, dəqiq məlumatım yoxdur. Həkimlər icazə vermir ki, telefon işlədim, bu səbəbdən heç kəslə əlaqə saxlaya bilmirəm. Tək onu bilirdim ki, başqa partiyalar kimi biz də Ədliyyə Nazirliyinə sənədləri təqdim etmişik. Nə qədər imza tələb olunursa, biz də onu qanunauyğun şəkildə həyata keçirdik”. 

MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova isə bildirib ki, reystlə bağlı sənədlərdə bir sıra texniki problemlər olduğundan Ədliyyə Nazirliyi geri qaytarıb: 
 
"Hazırda sənədlər üzərində işlənilir. Bütün  problemlər həll olunduqdan sonra sənədlər yenidən nazirliyə tədqim oluncaq”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->