Xəbər verdiyimiz kimi, dünən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) açıqlama yayaraq Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının idarə etdiyi avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olduğunu və bu səbəbdən avtomobilin cərimə meydançasına aparıldığını bilidirib.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, fərdi sahibkar kimi fəaliyyət göstərən Nemət Pənahlının dövlət büdcəsinə vaxtında ödənilməyən 2 000 manat vergi borcu da var.
Qeyd edək ki, Nemət Pənahlı 1988-ci ildə Azərbaycanda baş verən meydan hərəkatının əsas iştirakçılarından olub. 1993-1995-ci illərdə Prezident Aparatında çalışıb.
2011-ci ilin yanvar ayında silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 mart 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə əfv edilmişdir.
Şərhlər