Azərbaycan Milli Dövlətçilik Partiyası yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etməyib. Bunu Qaynarinfo-ya açıqlamasında sözü gedən partiyanın sədri Nemət Pənahlı deyib.
Sədr bildirib ki, sənədləri Ədliyyə Nazirliyinə göndərmək üçün qurultay keçirilməlidir:
"Ona da bizim nə imkanımız, nə də həvəsimiz var. Nazirliyin bizi tanıyıb-tanımamasından asılı olaraq, biz fəaliyyətmizi davam etdiririk. Ləğv olunan partiyaların arasında bizim partiyanın adı yoxdur”.
Bahar Rüstəmli
Şərhlər