NBA təmsilçisi "Boston Celtics" tarixin ən böyük müqaviləsini razılaşdırılıb.
Qaynarinfo-nun mlumatına görə, klub Ceylen Braunla 304 milyon dollar dəyəri olan yeni beşillik anlaşma həyata keçirəcək. NBA-da yer alan xəbərə görə, 26 yaşlı basketbolçu beşillik müqaviləni qəbul etdiyi bildirilib.
Qısa müddətdə rəsmi imzaların atılacağı vurğulanan xəbərdə Braunun NBA tarixinin ən çox qazanan oyunçusu olacağı bildirilib. NBA-nın hazırkı rekordu isə "Denver Nuggets"'in serb ulduzu Nikola Jokiçə məxsusdur. O klubu ilə keçən yay 264 milyon dollarlıq müqavilə bağlamışdı.
2016-cı ildə "Boston Celtics" tərəfindən ümumi hesabda üçüncü seçilən 26 yaşlı basketbolçu ötən mövsüm orta hesabla 26,6 xal, 6,9 ribaund və 3,5 məhsuldar ötürmə ilə yadda qalıb.
Səbuhi Həsənov
Şərhlər