Xəbər lenti

NBA klublarının dəyəri artıb - Son rəqəmlər necədir?
İdman 22:18 23.12.2023

NBA klublarının dəyəri artıb - Son rəqəmlər necədir?

Amerikanın məşhur basketbol liqası NBA iştirakçılarının bazar dəyəri xeyli yüksəlib.

Valyuta.az xəbər verir ki, 2023-cü ildə bu dəyər orta hesabla dörd milyard dollar (3,7 milyard avro) olub. "Çarlotta Hornets" "Dallas Mavriks" və "Foneks Sans"ın satışı, həmçinin liqanın genişlənmə hərəkətləri qiymətləndirməni daha da artırıb. Proqnozlar göstərir ki, qısa müddətdə heç bir yavaşlama olmayacaq. 

NBA-nın tərkibinə daxil olan Şimali Amerika Liqası 2012 və 2023-cü illər arasında orta dəyərində ən yüksək artıma malik liqadır. "Forbes" və "Sportico"nun məlumatlarına görə, 2012-ci ildə 392 milyon dollar (375 milyon Avro) olan liqa bu gün dəyərini 10 qat artıraraq dörd milyardı keçib. Hələ də NFL-dən (Amerika futbolu liqası) geri qalmasına baxmayaraq, NBA Amerika futbolundan (reqbidən) daha sürətlə inkişaf edir. Əslində, NBA-nın dəyərinin yüksəlməsinin məhz komandalardan birinin "Denever Bronkos"un baha qiymətə satılması ilə əlaqədar olduğu bildirilir. Belə ki, Valmart ailəsi 2022-ci ildə sözügedən klub üçün 4,65 milyard dollar (4,35 milyard avro) ödəyib. Xüsusilə son beş ildə qiymətləndirmələrdəki bu kəskin artıma görə artıq həyəcan təbili çalınır.

"RedBird"in qurucusu və icraçı direktoru Gerri Kardinal bu ay iki komandadan birini Las Veqasa gətirmək istədiklərini təsdiqləyib. O, üç il əvvəl qiymətin üç milyard olduğunu, hazırda isə NBA-nın 5,5-6 milyard dollar arasında qiymət istədiyini deyib. Kardinal həmçinin NBA-nın bu il çoxlu françayzinq satışları görməsinin səbəbini liqanın iqtisadi cəhətdən böyüməsi üçün tələblərin artması ilə əlaqələndirib. 

NFL bütün rekordları qırdıqdan və "Apple", "Amazon" yaxud "Google" kimi texnoloji nəhənglər sayəsində, MLB, NHL və ya MLS-lə müqavilələr əvvəlki dövrə nisbətən üç dəfə artırılıb. Son satış isə "Dallas Mavriks"lə bağlı olub. Miriam Adelson 3,5 milyard dollar dəyərində olan müqavilə ilə klubun səhmlərinin 57 faizini alıb.

Yayda Maykl Cordan "Çarlotte Hornets"i üç milyard dollara (2,7 milyard avro) satıb. Bir neçə ay əvvəl isə Mark Lasri Milvauki "Buks"dakı 25 faizlik payını NFL-də çıxış edən Klevlend Brauns"un sahibi "Haslam Sports" şirkətinə 3,5 milyard dollara (3,3 milyard avro) satdı. Robert Sarver isə "Feniks Sans"ı Matt Isbianın başçılıq etdiyi investisiya qrupuna dörd milyard dollara (3,7 milyard avro) satmaq məcburiyyətində qaldı. Bundan başqa "Arctos" kimi fondlar da "Filadelfiya Siksers"in səhmlərininin çoxuna sahib oldu. Həmçinin "Vaşinqton Vizards"a nəzarət edən holdinqin beş faizini Qətər şirkətləri aldı.

NBA-dakı klubların dəyərlərinə gəlincə, ilk pillədə "Qolden Steyt Varriors" (8,2 milyard dollar, 7,6 milyard avro) yer alıb. İkinci yerdə "Nyu-York Niks" (7,4 milyard dollar, 6,8 milyard dollar) qərarlaşıb. İlk "üçlüy"ü isə 7,34 milyard dollar (6,7 milyard avro) dəyərlə "Los Anceles Leykers" qapayır. Sonuncu, yəni NBA-nın ən ucuz komandası "Nyu Orleans Pelikans"dır (2,7 milyard dollar, 2,5 milyon avro). İlk "onluğ"a həmçinin "Çikaqo Bullz", "Boston Seltiks", "Bruklin Nets", "Los Anceles Klippers" "Toronto Reptors", "Hyuston Rokets" və "Dallas Mavriks" də daxildir. 

Demək olar bütün NBA komandalarının dəyəri keçən illə müqayisədə artıb. Ən böyük artım "Oklahoma Siti Tunder"ə məxsus olub. Belə ki, klubun dəyəri 76%-dən çox artaraq 1,8 milyard dollardan üç milyarda (2,4 milyard avro) yüksəlib. Onları "Minnesota Timbervolves" (73 faiz və daha çox) və "Detroit Pistons" (70 faiz) izləyir. "Nyu Orleans Pelikans"ın minimum dəyəri 2,7 milyard dollar (2,5 milyard avro) kimi müəyyənləşdirilsə də, onlar artıq 2,2 milyard dolları (1,8 milyard avro) keçiblər. Hansı ki, bu rəqəm 2021-ci ildə NBA-nın orta dəyəri idi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->