Ədliyyə Nazirliyi Müsavat Partiyasının müraciətinə cavab verib.
Qaynarinfo xəbər verir ki, bu barədə partiya başqanı Arif Hacılı bildirib. O, Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıqlarını bildirib:
"Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb və s. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir. Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib, həll edəcəyik”.
Arif Hacılı əlavə edib ki, bu yetərli olmasa, daha bir neçə min "Müsavat" üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq.
Bahar Rüstəmli
Şərhlər