Monteneqroda qeydiyyatdan keçmiş yaxtaların təxminən üçdə biri rusiyalılara məxsusdur.
Qaynarinfo xəbər verir ki, buna "The insider” nəşri diqqət
yetirib.
Nəşr bildirir ki, Monteneqro hökuməti 2023-cü ilin aprel ayına qədər ölkənin Dəniz təhlükəsizliyi və liman idarəsinin reyestrinə daxil edilmiş yaxtaların siyahısını dərc edib.
Sənəddə gəmilərin, onların sahiblərinin adları və digər məlumatlar var.
Ümumilikdə siyahıda 363 yaxta var, onlardan yüzdən çoxu rusiyalılara məxsusdur.
Qeyd edək ki, Monteneqro Avropa İttifaqına üzvlüyə namizəd kimi birliyin sanskiyalarına qoşularaq məhdudiyyətlərə məruz qalan rusiyalıların əmlaklarını dondurur.
Nizami Bağırov
Şərhlər