Xəbər lenti

Monteneqroda casusluqda şübhəli bilinən onlarla rusiyalı saxlanıldı
Dünya 17:43 29.09.2022

Monteneqroda casusluqda şübhəli bilinən onlarla rusiyalı saxlanıldı

Monteneqro rəsmiləri Rusiya vətəndaşlarına qarşı casusluq ittihamı ilə istintaqa başlayıb.
 
Altı rus diplomatı, müvəqqəti yaşamaq icazəsi olan 30 Rusiya vətəndaşı və iki Monteneqro vətəndaşı cinayət fəaliyyətində şübhəli bilinir. Onların hamısı saxlanılıb.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Polis həmçinin sui-qəsd və casusluq dəlilləri axtarmaq üçün bir neçə mənzildə axtarış aparıb.

"Məhkəmə qərarına əsasən, polis cinayətkar qrup yaratmaq üçün sui-qəsd və casusluqda əsaslı şübhələrlə əlaqədar bir sıra mənzillərdə və digər binalarda axtarışlar aparır", - Monteneqro Milli Təhlükəsizlik Agentliyinin sözçüsü Vukas Radoniç bildirib.

Onun sözlərinə görə, axtarışlar başa çatandan sonra kimin ittiham olunacağı, kimlərin məhkəməyə qədər həbsdə olacağı müəyyənləşəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->