Xəbər lenti

Monteneqro kiberhücumlarda Rusiyaya bağlı qrupu günahlandırdı
Ölkə 22:05 01.09.2022

Monteneqro kiberhücumlarda Rusiyaya bağlı qrupu günahlandırdı

Monteneqro keçən həftə dövlət rəqəmsal infrastrukturuna zərbə vuran kiberhücumlarda Cuban Ransomware adlı cinayətkar qrupu günahlandırıb.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir

Dövlət idarəçiliyi naziri Maras Dukaj qrupun 10 dövlət müəssisəsində 150 iş yerini yoluxduran Zerodate adlı xüsusi virus yaratdığını söyləyib.

Həmçinin çərşənbə günü Daxili İşlər Departamenti FTB-nin hücumları araşdırmaq üçün Monteneqroya kibertəhlükəsizlik qrupları göndərəcəyini bildirib.

Monteneqronun kəşfiyyat xidmətləri bu hücumların arxasında Rusiyanın olduğunu güman edir və deyirlər ki, bu, Monteneqronun Rusiyaya qarşı Avropa Birliyinin sanksiyalarına qoşulmasının və bir neçə rus diplomatının ölkədən çıxarmasının qisası ola bilər.
Daha əvvəl Finlandiyada rəsmi saytlarından birinin Rusiyadan olan hakerlərin hücumuna məruz qaldığını bildirmişdilər. Buna səbəb ölkənin bu yaxınlarda NATO-ya üzv olmaq istəyi göstərilib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->