Xəbər lenti

Monteneqro Avropa Birliyinə daxil olmasına mane olan problemi həll etdi
Dünya 10:43 28.02.2023

Monteneqro Avropa Birliyinə daxil olmasına mane olan problemi həll etdi

Monteneqroda Konstitusiya Məhkəməsinin üç hakimi seçilib. Beləliklə, ölkə qurumun işini blokdan çıxarıb və onun Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə baxılması şərtini yerinə yetirib.

Bu barədə Qaynarinfo Associated Press-ə istinadən xəbər verir.

Hakimiyyət hakimlərin təyinatı ilə bağlı razılığa gələ bilmədiyi üçün ölkədə Konstitusiya Məhkəməsinin işi bir neçə ay bloklanıb - yeddi yerdən dördü boş qalırdı. Məhkəmədə yetərsay olmadığından məhkəmə faktiki olaraq fəaliyyət göstərmirdi. 

Aİ nümayəndələri Monteneqroya xəbərdarlıq ediblər ki, bloka gedən yolu davam etdirmək üçün Konstitusiya Məhkəməsinin normal fəaliyyəti şərtdir. Gələn ay ölkədə prezident seçkiləri keçirildiyi üçün məhkəmə qanunun aliliyi üçün çox vacibdir.

Bu gün, fevralın 27-də dörd hakimdən üçü təsdiqlənib (dördüncü namizədlə bağlı razılıq əldə olunmayıb). Bir üzvün olmamasına baxmayaraq, məhkəmə indi rəsmi olaraq fəaliyyətə başlaya bilər. Dördüncü hakim üçün yeni səsvermə bir neçə həftə ərzində gözlənilir.

"Bu gün Monteneqrodan yaxşı xəbər! Ümid edirəm ki, tezliklə dördüncü hakim seçiləcək. Partiyalar arasında dialoq və kompromis mədəniyyəti Aİ-yə doğru irəliləyişin yeganə yoludur", - Avropa Parlamentinin bu region üzrə məsul nümayəndəsi Vladimir Bilçik bildirib. 

Qeyd edək ki, hökumətə etimadsızlıq göstərildikdən sonra Monteneqroda bir neçə aydır ki, siyasi böhran yaşanır və əsas siyasi oyunçular növbədənkənar seçkilərin təyin edilməsi və ya yeni hökumətin formalaşdırılmasına cəhd edilməsi ilə bağlı razılığa gələ bilmirdilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->