Almaniya yığmasının sabiq türk futbolçusu Mesut Özil Azərbaycana gəlir.
Qaynarinfo xəbər verir ki, o, "Qarabağ” klubunun qonağı olacaq. Bu barədə ağdamlıların rəsmi səhifəsi paylaşım edib.
Özil oktyabrın 11-də "Qarabağ”ı ziyarət edəcək, əvvəlcə komandanın məşqini izləyəcək, daha sonra isə gənc futbolçularla əyləncəli oyun keçirəcək.
Şərhlər