Xəbər lenti

Messi Amerika Kubokunun 1/4 finalını qaçırma riski ilə üzləşib
İdman 11:45 04.07.2024

Messi Amerika Kubokunun 1/4 finalını qaçırma riski ilə üzləşib

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni bud nahiyəsindən aldığı zədədən sağalan hücumçu və komandanın kapitanı Lionel Messinin Amerika Kubokunun 1/4 finalını buraxa biləcəyini etiraf edib. 

Qaynarinfo bu barədə ESPN-ə istinadən xəbər verir.

"Lionellə danışdıqdan sonra qərar verəcəyik. Onunla hələ danışmamışam, buna görə də oynayıb-oynamayacağını bilmirik", deyə mütəxəssis bildirib.

Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvador millisi ilə qarşılaşacaq. Görüş iyulun 5-də baş tutacaq.

Messi Amerika Kubokunun qrup mərhələsinin ikinci tur matçında Çili millisinin yarımmüdafiəçisi Qabriel Suazo ilə toqquşma nəticəsində zədələnib.  Argentina millisi 3 oyundan 9 xal toplayaraq qrupda birinci yerdən Amerika Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->