Döyüşdə onu müşayiət edən və dəstəkləyən atasının ölümündən sonra anasına verdiyi vəd səbəbindən Həbib Nurməhəmmədov karyerasının ən yüksək müqaviləsindən imtina etməli olub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə keçmiş güləşçi, hazırda şərhçi kimi fəaliyyət göstərən Daniel Kormier açıqlama verib. Onu sözlərinə görə, Həbib 2024-cü ildə döyüşmək üçün təxminən 40 milyon dollarlıq təklifə yox deyib. O, 2020-ci ilin oktyabrında Qetje ilə son döyüşündən sonra anasına söz verdiyi üçün karyerasını başa vurdu.
Həbib son döyüşündən sonra verdiyi açıqlamada, "Anama söz vermişdim ki, bu mənim son döyüşümdür və atamsız (onsuz ilk döyüşü idi) bura gəlməyim mümkün deyil. Çox kiçik bir şəhərdən gəldiyim üçün onunla daha çox vaxt keçirmək istəyirəm. Atam mənim çempion olmağımı istəyirdi, amma biz bunu heç təsəvvür etmirdik. UFC-dən ən yaxşı döyüşçü kimi ayrılıram" - ifadələrini işlətmişdi.
Səbuhi Həsənov
Şərhlər