Xəbər lenti

Siyasət 15:09 17.04.2023

"Mən Nemət Pənahlıyam, 75 min üzvüm var, bilmirəm neçəsi ölüb, neçəsi qalıb..." - AMDP tarixə qovuşur

"Bizim üçün partiyanın yenidən qeydiyyatdan keçməsinin heç bir əhəmiyyəti yoxdur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı deyib. 

"Yeni qanun qəbul ediləndə dedim ki, partiyaları sıradan çıxardıb, məhv etmək istəyirlər. 1995-ci ildən sonra bizə imkan verməyiblər ki, qurultay keçirək. Mənim fəaliyyətim qanunla qadağan olunmur ki, varamsa, deməli, partiyam da mövcuddur. Mən o boyda Sovet imperiyasına qarşı mübarizə aparan adam olmuşam, Azadlıq hərəkatına rəhbərlik etmişəm. Onlar məni partiya olaraq tanısa nə olacaq, tanımasa nə olacaq. Partiyam - Nemət Pənahlıdır. Bu günə kimi mübarizədə olmuşam, son nəfəsimə kimi də bu yoldayam", deyə sədr bildirib.

Nemət Pənahlı qeyd edib ki, AMDP 1994-cü ildə qeydiyyatdan keçəndə 75 min üzvü olub: 

"Partiyanın başına gəlməyən bəla qalmayıb. Bütün imkanlardan istifadə edib partiyanı sıradan çıxartmağa cəhd ediblər. Çıxardırdılar bir  bazarkomu (Vicdan Sabiri nəzərdə tutur-red.), deyir ki, guya Azərbaycan Milli Dövlətçilik Partiyasının sədridir. Partiyanın üzvü olmayanlar məni partiyadan çıxarıb. Bu hansı qanunda var? Partiyanın təsisçisi mənəm və bütün sənədlər də məndədir. Belə bir ölkədə nədən danışasan?".

Nemət Pənahlı müavinlərinin əksəriyyətinin dünyadan köçdüyünü vurğulayıb:

"İndi bilmirəm bu 75 min üzvdən nə qədəri ölüb, nə qədəri sağdır. Gedirəm rayonda iclas keçirməyə, gəlib bizi daşa, yumurtaya basırlar. Belə şəraitdə necə işləmək olar? Mən siyahını verə bilərəm, bu problem deyil. Amma siyahıdan sonra üzvlərimizin incidilməsi onlar üçün daha asan olacaq”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->