Xəbər lenti

Məmmədyarovdan etiraf:
İdman 11:59 30.08.2023

Məmmədyarovdan etiraf: "Həyatımda ilk dəfə idi ki, taxta arxasında ağlayırdım"

Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov 2018-ci ildə qazandığı uğurlarla bağlı fikirlərini bildirib.
 
Qaynarinfo-nun məlumatına görə Məmmədyarov o sosial şəbəkələrdə gedə müzakirələrə qoşularaq həmin illərdə yaşadığı hissləri paylaşıb. O şahmat taxtası arxasında ağladığını da dilə gətirib: 
 
"Həmin turnir karyeramın ən çətin anı idi. Son turda birinci pilləni tutmaq üçün Kramnikə mütləq qalib gəlməli idim. Katalon debütündə çox riskli gediş etdim (7.....Vd6) çünki sadəcə, qələbə haqda düşünürdüm. Bu oyunda uduzsaydım üçüncü, heç-heçə etsəydim ikinci olacaqdım. Mənə yalnız qələbə lazım idi. Partiyanın sonunda anladım ki, artıq uda bilməyəcəm. Gördüm ki oyun heç-heçəyə gedir və bunula da dünya çempionluğu uğrunda mübarizədə uduzacağam. Başımı aşağı salıb sadəcə beş dəqiqə hönkür-hönkür ağladım. Həyatımda ilk dəfə idi ki, taxta arxasında ağlayırdım. Və beləcə titulla sağollaşdım. Həmin an anladım ki, bu mənim şahmat tacı uğrunda apardığım son oyunum idi. Bundan sonra heç vaxt "İddiaçılar turnirində" mübarizə aparmaq istəməmişəm. Çünki həmin o beş dəqiqə ərzində mən şahmat taxtası arxasında bütün şahmat həyatımla sağollaşdım". 

Məmmədyarov 2018-ci ildə kareyerasındakı ən yüksək reytinqə yüksəlib (2826). Bundan əlavə Şah həmin il Almaniyada keçirilmiş "İdidaçılar turnirində" uğurlu çıxışına baxmayaraq sonda ikinci yeri tutub. Sözügedən turnirin qalibi adını amerikalı Fabiano Karuana qazanıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->