Mahir Emreli ilə müqavilə bağlayacağı gözlənilən "Konyaspor" daha bir futbolçu ilə yolları ayırıb.
Qaynarinfo xəbər verir ki, klub Barış Yardımcı ilə vidalaşdığını açıqlayıb. 2021-ci ildən "Konyaspor"da çıxış edən futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Millimizin hücumçusu "Konyaspor"la müqavilə bağlamaq üçün Konyaya gəlib. Tibbi müayinədən uğurla keçəcəyi təqdirdə futbolçu ilə rəsmi müqavilənin bağlanacağı gözlənilir.
Səbuhi Həsənov
Şərhlər