Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, 26 yaşlı hücumçu komandasının səfərdə "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəldiyi Super Liqanın XXXI tur matçının iştirakçısı olub.
Görüşə ehtiyatda başlayan forvard 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana çıxıb. Emreli oyun ərzində qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Bu qələbə ilə xallarını 42-yə çatdıran "Konyaspor" 8-ci pilləyə yüksəlib. 33 xalı olan "Kasımpaşa" isə 12-ci sırada qalıb.
Şərhlər