Xəbər lenti

Mahir Emreli Super Liqada debüt etdi
İdman 19:14 05.03.2023

Mahir Emreli Super Liqada debüt etdi

Türkiyə Super Liqasında XXIV turun oyunları davam edir. 

Qaynarinfo xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin yeni komandası "Konyaspor" "Giresunspor"la qarşılaşıb.

26 yaşlı hücumçu üçün bu görüş əlamətdar olub. Belə ki, Mahir "Konyaspor"da və Superliqada rəsmi debüt edib. Start heyətində yer alan Emreli 58-ci dəqiqədə əvəzlənib.

Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Emreli "Konyaspor"a bu qış məxsus olduğu Zaqreb "Dinamo"sundan icarə əsasında keçib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->