Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli "Konyaspor"la anlaşıb.
Qaynarinfo-nun yerli mətbuata istinadən məlumatına görə, "Konyaspor” hücum xəttini Emreli ilə gücləndirmək üzrədir. 26 yaşlı hücumçu klubla müqavilə imzalamaq üçün artıq Konyadadır. Gün ərzində keçiriləcək sağlamlıq müayinəsindən sonra onu yaşıl-ağ rənglərə bağlayacaq müqaviləyə imza atacaq.
Emrelinin "Konyaspor"da mövsümün sonuna qədər icarə əsasında oynayacağı bilidirilir.
Mahirin "Dinamo" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.
Səbuhi Həsənov
Şərhlər