Rusiya və Serbiya Balkanlarda yeni böhranların qarşısını almaqda maraqlıdır.
Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə danışıqları zamanı deyib.
"Biz hamımız yeni böhranların (Balkanlarda – redaktorun qeydi) qarşısını almaqda maraqlıyıq” deyən Lavrov Rusiya və Serbiyanın ikitərəfli münasibətləri ətraflı müzakirə etmək niyyətində olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, Rusiya Serbiya tərəfinin Balkanlarda baş verən hadisələrə qiymət verməsində maraqlıdır.
Qeyd edək ki, dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan "Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları səsvermənin nəticələrinə yenidən baxılması üçün demək olar ki, hər gün etiraz aksiyaları keçirirlər. Dekabrın 25-də etirazçılar Belqrad meriyasına basqın etməyə cəhd edib, dekabrın 29-da isə şəhərin mərkəzindəki küçəni bağlayıblar.
Serbiya prezidenti Aleksandar Vucic bəyan edib ki, Serbiyada inqilab mümkün deyil, çünki ölkə vətəndaşları bəzi seçki məntəqələrində təkrar səsvermənin nəticələrinə əsasən hakim koalisiyaya dəstək ifadə ediblər.
Alpər
Şərhlər