Xəbər lenti

Lalə Şövkətin partiyası fəaliyyətini dayandırdı
Siyasət 14:24 24.06.2023

Lalə Şövkətin partiyası fəaliyyətini dayandırdı

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Bu, Lalə Şövkətin sədrlik etdiyi Azərbaycan Liberal Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Qaynarinfo musavat.com-a istinadla bəyanatın mətnini olduğu kimi təqdim edir:

"Azərbaycan torpaqlarının erməni qəskarları tərəfindən işğalı ilə barışmayan,  bütün siyasi mübarizəsini Qarabağın azadlığına həsr edən insanların 1995-ci ildə yaratmış olduğu Azərbaycan Liberal Partiyası fəaliyyəti dövründə ölkənin siyasi-ictimai həyatında fəal iştirak etmişdir. Yaradılandan qısa müddət sonra dövlət qeydiyyatına alınan Partiya ölkədə keçirilən seçilərdə öz aktivliyi ilə daim seçilmiş və üzvlərinin əqidə birliyinə arxalanaraq siyasi mübarizlərdən çəkinməmişdir.

Qarabağın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması, köçkün vətəndaşlarımızın öz yurd yerlərinə qayıtması, insanlarımızın rifah halının yaxşılaşdırılması, ölkədə demokratik ənənələrin bərqərar olması, insanların hüquq və azadlıqlarının təmin olunması kimi məsələlərdə layiqli mövqe ortaya qoyan Azərbaycan Liberal Partiyası son dövlərdə də ölkəmizdə baş verən siyasi prosesləri aydın şəkildə müşahidə etməkdədir.

Müasir zamanda müşahidə edilən prosesləri, mövcud geosiyasi və siyasi-hüquqi reallıqları nəzərə alan Azərbaycan Liberal Partiyası öz siyasi fəaliyyətini dayandırmaqla bağlı qərar vermişdir. Təəssüflər ki, bəzi obyektiv və subyektiv səbəblərdən Partiyamızın fəaliyyəti kifayət qədər aktiv ola bilməmişdir.

Partiyamızın üzvlərinə Partiyaya dərin təşəkkür bildirir, bundan sonrakı fəaliyyətlərində uğurlar və aktiv vətəndaş mövqelərini daim qorumağı arzulayırıq".

Qeyd edək ki, Azərbaycan Liberal Partiyasının qurucusu və rəhbəri Lalə Şövkət Hacıyevadır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->