Xəbər lenti

Lalə Şövkətin gələcək planları... - Əvəz Temirxan açıqladı
Siyasət 17:37 31.10.2022

Lalə Şövkətin gələcək planları... - Əvəz Temirxan açıqladı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və Azərbaycan Liber Partiyasının (ALP) bir araya gələcəyi barədə iddialar səsləndirilir. 

Qaynarinfo məsələ ilə bağlı ALP-nin sədri Əvəz Temirxanla söhbətləşib. ALP sədri bildirib ki, bunun üçün bir yol var - o da milli birlik, barış hərəkatının yaradılmasıdır:

"Biz təklif etmişik ki, Azərbaycanda barışın əldə olunması üçün Etimad Hərəkatı yaradılmalıdır. Bütün mərkəzi, böyük və kiçik məmurlar, böyük partiyalar daxil olmaqla Azərbaycanda bir barış olmalıdır. Birinci şəxsdən tutmuş, 18 yaşlı uşağa kimi hamı bir-birindən barışmalıdır. Hələlik Azərbaycanda prezident seçkiləri yoxdur və seçkidən danışmaq çox tezdir. Prezident seçkilərindən öncə hamı barışmalıdır, sonra Milli Məclisi müəyyənləşdirmək lazımdır. Bundan sonra 5-ci respublika təsis olunmalıdır. İqtidarlı-müxalifətli, xanların, qacarların nəsilinə kimi getmək, Azərbaycan Xalq Cümhuriyyətinə daxil olanların hər biri barışmalıdır. Nəsillər barışmalıdır".
 
"Lalə Şövkət müxalifətin vahid namizədi ola bilərmi" sualına cavabda Əvəz Teymirxan bildirib ki, Lalə Şövkət dövlət adamıdır, onda dövlət təfəkkürü mövcuddur:
 


"O seçkilər haqqında deyil, millət, dövlət haqqında düşünür. Müxalifətin barışması haqqında danışmaq da təəssüf ki, tezdir, amma iqtidarla müxalifətin başrışması mümkündür. Lalə Şövkətin gələcək planları formalaşmasında yaxından iştirak etdiyi Yeni Azərbaycan Partiyasının bütün cəmiyyətlə barışmasıdır. Lalə xanımın planı budur. Lalə xanım istəyir ki, hamı hamı ilə barışsın”. 

Əvəz Teymirxan deyir ki, bunun üçün Lalə Şövkətin açıqlamasına ehtiyac var:

"Amma ondan əvvəl barış və əməkdaşlıq iradəsi daha da güclənməlidir. Biz məmurları düşmən saymırıq. Biz istəmirik ki, məmurların kapitalı hansısa xarici bank və dövlət mənimsəsin. Biz istəyirik ki, məmurların kapitalı Azəbaycan xalqının işsizlərin, yoxsulların iştirakı ilə Azərbaycana qaytarılsın. Bizim 100 illik barış planımız var, turanlaşmağa, barışa doğru 100 addım atmalıyıq”. 

Partiya sədri Lalə Şövkətin səhhətinin yaxşı olduğunu və özünü gümrah hiss etdiyini vurğulayıb:

"Lalə xanım heç bir vaxt Bakıdan kənarda olmayıb, həmişə Azərbaycan xalqının yanında və arasında olub. Onun bir arzusu var: Birləşmək. Biz düşmənçliyinə son qoymalıyıq”. 

Qeyd edək ki, Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən Heydər Əliyev tərəfindən Bakıya dəvət olunub və iyulun 7-də Dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi veril. Lalə Şövkət 1994-cü ilin 11 yanvarından 23 sentyabrına qədər Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin olub. 1995-ci iyunun 3-də Azərbaycan Liberal Partiyasının Bərdədə keçirilən təsis konfransında sədr seçilib. 7 iyun 2003-cü ildə Liberal Partiyasının qurultayında sədrlikdən istefa verib və prezident seçkilərinə müstəqil namizəd - Milli Birlik Hərəkatın lideri kimi qatılıb.
 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->