Xəbər lenti

Lalə Şövkətə “yaşıl işıq” yandırıldı: 12 partiya ALP-yə birləşir
Siyasət 11:33 01.04.2023

Lalə Şövkətə “yaşıl işıq” yandırıldı: 12 partiya ALP-yə birləşir

"Siyasi partiyalar haqqında” qanunun tələbləri bəzi siyasi təşkilatları fəaliyyətini dayanmdırmağa məcbur etdi. 5 min üzvü olmayan xırda partiyaların biri-biri ilə birləşəcəyi ilə bağlı müzakirələrin aparılması artıq təsdiq olunub. 

Qaynarinfo-ya daxil olan məlumata görə, 5 min üzvü olmayan və Ədliyyə Nazirliyində qeydiyata alınan 12 partiya Azərbaycan Liberal Patiyasına birləməsi ilə bağlı müzakirələrə başlayıb. Məlumata görə, məqsəd professor Lalə Şövkət Hacıyevanın rəhbərlik etdiyi partiyanın əvvəlki nüfuzunun özünə qaytarılmasıdır. 



Məsələ ilə bağlı Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanla əlaqə saxladıq. Sədr Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqlədi: 

"Hazırda qeydiyyata alınan 12 partiyanın ALP-yə birləşməsi ilə bağlı təkliflər var və bu istiqamətdə müzakirələr gedir”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->