Getdikcə daha çox ölkə Kiyevi Moskva ilə danışıqlara çağırır.
Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba artan təzyiqlərdən danışarkən deyib.
"Çox çətin siyasi mövsüm olacaq, hamını xəbərdar edirəm. Danışıqlarla bağlı bu səslər getdikcə ucalır”, - Kuleba bildirib. O, "bu səslərin sönməsi üçün beynəlxalq hüquq və cinayət hüququ çərçivəsində hər şeyi edəcəyinə" söz verib.
Xatırladaq ki, bundan əvvəl Moskva dəfələrlə yeni reallıqları nəzərə alaraq danışıqlara hazır olduğunu bildirsə də, Kiyev sülhün yalnız Ukrayna şərtləri ilə bərqərar oluna biləcəyi şərtini qoyaraq qanunvericilik səviyyəsində danışıqlara qadağa qoyub.
Alpər
Şərhlər