Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dekabrın 29-da Rusiya Federasiyası tərəfindən həyata keçirilən kütləvi raket hücumundan sonra müharibədən "yorğun” düşən və Rusiya Federasiyası ilə "danışıqları” təşviq edənlərə sərt şəkildə müraciət edib .
Qaynarinfo xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında Rusiya qoşunlarının ukraynalı qadınlar, uşaqlar, qocalar və mülki əhali ilə döyüşdüyü bildirilir. Bəyanatda deyilir: "Rusiyanın bu gün Ukraynada törətdiyi cinayətlər onun Ukrayna müdafiə qüvvələri ilə döyüş meydanında döyüşün gedişatını dəyişdirə bilməməsinin qisasıdır”.
"Biz beynəlxalq ictimaiyyəti rusların Ukrayna xalqına qarşı soyqırımını dayandırmaq üçün bütün səyləri birləşdirməyə çağırırıq. "Atəşkəs", "ərazilərdən müvəqqəti imtina", "yorğunluq", "danışıqlar" və digər "güzəştlər" Rusiya təcavüzünü dayandırmayacaq və Rusiya "Ukraynanın tamamilə məhv edilməsindən başqa heç bir senarini nəzərdən keçirməyəcək”, - bəyanatda deyilir.
Orada həmçinin bildirilir ki, ukraynalıları müdafiə etməyin yeganə mümkün yolu Ukraynanı özünü müdafiə etmək üçün bütün lazımi hərbi və maliyyə vasitələri ilə təmin etməkdir. "Rusiya terroru uduzmalı, Ukrayna isə qalib gəlməlidir”, - Xarici İşlər Nazirliyi vurğulayıb.
XİN rəhbəri bu barədə X şəbəkəsində (Twitter) məlumat verib . O, Ukraynadakı bugünkü partlayış səslərini bütün dünyanın eşitməsini və Putinin Ukrayna ilə sülhə olan həqiqi istəklərinin məhz bunlarda təzahür etdiyini başa düşməsini arzu edib.
"Bu gün milyonlarla ukraynalı dəhşətli partlayış səslərinə oyandı. Arzu edirəm ki, Ukraynadakı bu partlayış səsləri dünyanın hər yerində eşidilsin. Hazırda Ukraynaya gələcək dəstəyin müzakirə olunduğu bütün böyük paytaxtlarda, qərargahlarda və parlamentlərdə. "Yorğunluq” və ya Rusiyanın guya "danışıqlara” hazır olması haqqında yazdıqları bütün redaksiyalarda.
Eyni zamanda, nazir qeyd edib ki, "bizim kollektiv cavabımız yalnız Ukraynaya daimi, güclü və uzunmüddətli hərbi və maliyyə dəstəyi ola bilər və olmalıdır”.
"Yalnız böyük atəş gücü Rusiya terrorunu susdura bilər", - Kuleba əminliklə deyib.
Qeyd edək ki, dekabrın 29-da rus işğalçıları Kiyevə kütləvi raket zərbəsi endirib. Hücumun episentri metronun "Lukyanovskaya” stansiyasının ərazisi olub.
UNİAN-ın müxbiri Kiyev metrosunda olub və orada baş verənləri çəkib.
Kadrlardan görünür ki, stansiya binasının özünə ziyan dəyib – qapılar zədələnib, şüşələr sınıb. Eyni zamanda qonşu yaşayış binalarına, ofis mərkəzinə, kafeyə də ziyan dəyib.
Yol və həyətlər şüşə, gips parçaları və raket tullantıları səpələnib. Yerli sakinlər dayanacaqda gizlənməyə çalışıb, xeyli insan sarsılıb və ağır psixoloji vəziyyətə düşüb.
Ölənlər və yaralananlar var.
Alpər
Şərhlər