Kanadanın baş naziri Castin Trüdo Hindistan hökumətinin sikh icmasının lideri Hardip Sinqh Nijarın qətlində əli olması ilə bağlı iddialar fonunda Nyu Dehlini istintaqda əməkdaşlığa çağırıb. Lakin o, Ottavanın sübutlarını ictimaiyyətə açıqlamayacağını söyləyib.
Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər
verir.
Castin Trüdo Ottavanın Hindistan hökumətinin agentlərinin Kanadada sikh fəalının öldürülməsi ilə əlaqəli olduğuna dair etibarlı iddialara sahib olduğunu bildirib. O, Kanada kəşfiyyat orqanlarının araşdırma apardığını qeyd edib və Hindistanı da qoşulmağa çağırıb.
"Biz Hindistan hökumətini prosesləri araşdırmaq, həqiqəti müəyyən etmək və açmaq üçün bizimlə işləməyə çağırırıq", deyə Kanada hökumətinin başçısı bildirib.
O, əlavə edib ki, Ottava Hindistan hökumətinin qətldə əli olması ilə bağlı sübutlarını açıqlamayacaq.
Xatırladaq ki, Hardip Sinqh Nijar iyunun 18-də Kanadanın Britaniya Kolumbiyası əyalətində, Surrey şəhərində sikh mədəniyyət mərkəzinin yaxınlığında öldürülüb. O, Xalistanın (Hindistanın Pəncab əyalətində milli sikh dövlətinin yaradılması layihəsi) müstəqilliyini müdafiə edirdi. Həmin şəxs Kanada vətəndaşı olub.
Hindistan hökumətinin sui-qəsddə iştirakı ilə bağlı Ottavadan gələn iddialardan sonra Hindistan kəşfiyyatının rəhbəri ölkədən qovulub. Yeni Dehli cavab olaraq kanadalılar üçün yeni vizaları dayandırıb və ölkədəki diplomatik mövcudluğunu azaltmasını istəyib.
Nizami Bağırov
Şərhlər