Xəbər lenti

İslamiada: Azərbaycan daha bir medal qazandı
İdman 19:06 11.08.2022

İslamiada: Azərbaycan daha bir medal qazandı

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, 61 kq-da çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Cahangirmirzə Turabovla üz-üzə gəlib.

Hesab 6:6 hesablı heç-heçə ilə başa çatsa da, xal prinsipinə əsasən, rəqibinə məğlub olan Bazarqanov gümüş medalla kifayətlənib..

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->