Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri, 1992-1993-cü illərdə Milli Məclisin sədri olmuş İsa Qəmbərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, birinci instansiya İsa Qəmbərin iddiasını təmin etmədiyinə görə o, apellyasiya şikayəti verib. Şikayət artıq icraata götürülüb. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilovanın sədrliyi ilə baxılacaq.
İşin mahiyyəti isə pensiya təminatı ilə bağlıdır.
24 fevral 2022-ci ildə İsa Qəmbərin 65 yaşı olub. Ona 180 manat pensiya təyin olunub. DSMF-nin yaydığı açıqlamada isə bildirilib ki, İsa Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib. Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub.
Seyid
Şərhlər