Amerika Basketbol Liqası (NBA) tərəfindən irqçilik və qadınlara təcavüzə görə bir il müddətinə vəzifəsindən kənarlaşdırılan, 10 milyon dollar məbləğində cərimələnən amerikalı iş adamı Robert Sarver, sahibi olduğu NBA komandası "Phoenix Suns" və Amerika Qadınlar Basketbol Liqası (WNBA) təmsilçisi "Phoenix Mercury"ni satışa çıxardığını elan edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Sarver açıqlamasında vaxtilə dediyi sözlərə görə təəssüfləndiyini və həmin hərəkətlərin bundan sonra edəcəklərindən daha ağır olduğunu söyləyib. O, məhz bu səbəbdən sözügedən komandaları satışa çıxardığını bildirib.
Barəsində açılan istintaqdan sonra günahkar bilinən Sarverin "ortaq iş standartlarını açıq şəkildə pozan davranışlar göstərdiyi, irqçi olduğu, qadın işçilərə qarşı qeyri-bərabər, cinsiyyətçi və zorakılıq davranışları göstərdiyi" əsas gətirilib. Bu səbəbdən "Phoenix Suns" və "Phoenix Mercury"dəki vəzifələrindən bir il müddətinə uzaqlaşdırılan Sarver 10 milyon dollar cərimə olunub.
Ümumilikdə 320 nəfərlə müsahibənin aparıldığı, 80 min sənəd və videonun nəzərdən keçirildiyi araşdırma, ESPN-də dərc olunan yazıdan sonra 2021-ci ilin noyabrında başlayıb. Qərardan sonra Lebron Ceyms, Kris Paul və Dreymond Qrin kimi ulduz basketbolçular ona verilən cəzaların daha ağır olmasının lazımlığını, "Phoenix Suns"ın sponsorlarından olan "PayPal"la Sarverə görə müqavilələrini yeniləməyəcəklərini açıqlayıb.
Səbuhi Həsənov
Şərhlər