Xəbər lenti

İranlı azarkeşlər oteldən stadiona qədər Ronaldonun arxasınca qaçıb
İdman 10:54 20.09.2023

İranlı azarkeşlər oteldən stadiona qədər Ronaldonun arxasınca qaçıb

Asiya Çempionlar Liqasının ilk oyununda Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Nassr” İran "Persepolis”i ilə qarşılaşıb. 

Qaynarinfo-nun məlumatına görə, Kriştiano Ronaldonun komandası 2:0 hesablı qələbə qazanıb. Matç tamaşaçısız keçirildiyindən "Persepolis" azarkeşləri və Ronaldonu görmək istəyənlər matçın keçirildiyi "Azadi" stadionunun ətrafında sözün əsl mənasında keşik çəkiblər.

Klublarını dəstəkləmək üçün himnlər və şüarlar səsləndirən "Persepolis” azarkeşləri məğlubiyyətdən sonra üzüldüyü halda, Ronaldosevərlər onu görmək ümidi ilə stadionun ətrafında və yol kənarında gözləyiblər. Digər tərəfdən, Ronaldo azarkeşləri matçın başlamasına saatlar qalmış "Al-Nassr"ın yerləşdiyi otelin ətrafına toplaşaraq portuqaliyalı superulduzu görmək üçün uzun müddət gözləyiblər. Ərəb klubunu daşıyan daşıyan avtobuslar oteldən çıxıb matçın keçiriləcəyi stadiona yola düşərkən uzun müddət maşınların arxasınca qaçıblar.

Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü yol boyu növbəyə düzülən azarkeşlər daha sonra avtobusların ardınca "Azadi" stadionuna gedib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->